AZ

Fərhad Hacıyev: “Üfüq” müsabiqəsi kənd təsərrüfatında ixtisaslaşmış kadrların üzə çıxarılmasına xidmət edir

Bakı, 22 iyun, AZƏRTAC

“Üfüq” Karyera İnkişaf Proqramı kənd təsərrüfatı sahəsində peşəkar kadrların aşkara çıxarılması üçün mühüm platformadır və bu, ölkəmizdə ixtisaslaşmış müsabiqələrin sayının artmasına təkan verir.

AZƏRTAC xəbər verir ki, bu sözləri gənclər və idman nazirinin müavini Fərhad Hacıyev Kənd Təsərrüfatı Nazirliyi və “Yüksəliş” İctimai Birliyi arasında əməkdaşlıq çərçivəsində keçirilən proqramın final mərhələsində jurnalistlərə müsahibəsində deyib.

Nazir müavini bildirib ki, Prezident İlham Əliyevin 2019-cu ildə imzaladığı sərəncam əsasında təşkil olunan “Yüksəliş” müsabiqəsi ölkədə beş dəfə keçirilib və ümumilikdə 40 minə yaxın müraciət qəbul olunub. İlk dəfə olaraq kənd təsərrüfatı sahəsində ixtisaslaşmış müsabiqə təşkil olunub, burada 2000-dən çox namizəd iştirak üçün müraciət edib.

Seçilən
4
1
azertag.az

2Mənbələr