AZ

“Yaxşı işlər görüblər, yeni transferlər komandanı gücləndirəcək”

“Sabah”ın idman direktoru İqor Ponomaryov komandanın Avropa Liqasının I təsnifat mərhələsində qarşılaşacağı “Sele” (Sloveniya) ilə oyunlarda şansları dəyərləndirib.

Sportinfo.az xəbər verir ki, o, bu barədə “report”a açıqlama verib.

Klub rəsmisi yaxın günlərdə hazırlıqlara başlayacaqlarını bildirib. O, yeni transferlərin gözlənildiyini söyləyib:

“Seleksiyaçılarımız yaxşı işlər görüblər. İnanıram ki, yeni transferlər komandanı gücləndirəcək”.

İ.Ponomaryov Avropa Liqasındakı potensial rəqiblər haqqında da danışıb:

“İstər "Sele", istərsə də bu cütün qalibi ilə oynayacaq "Partizan" və ya AEK kifayət qədər güclüdürlər

. Ümumiyyətlə, Avropa arenasında iştirak edən klublar öz ölkələrində mövsümün ən yaxşılarından olublar."Partizan"la 2 il öncə qarşılaşmışdıq və penaltilər seriyasında məğlub olmuşduq.

Hazırda yalnız Sloveniya komandası ilə oyunlar haqqında düşünürük. Şansları bərabər qiymətləndirirəm”.

"Sabah" Avropa Liqasının I təsnifat mərhələsində ilk oyununu iyulun 10-da evdə, cavab görüşünü isə 17-də səfərdə keçirəcək.

Komanda məğlub olacağı təqdirdə, Konfrans Liqasının II təsnifat mərhələsində "Birkirkara" (Malta) - "Petrokub" (Moldova) cütünün qalibi ilə üz-üzə gələcək. Matçlar iyulun 24-ü və 31-də baş tutacaq.

Seçilən
13
sportinfo.az

1Mənbələr