İran öz milli maraqlarını qorumaq üçün ABŞ-ın hərbi təcavüzünə bütün vasitələrlə müqavimət göstərmək hüququnu özündə saxlayır.
Publika.az xəbər verir ki, bu barədə İran Xarici İşlər Nazirliyi bəyanat yayıb.
"ABŞ-ın İranın dinc nüvə obyektlərinə qarşı amansız hərbi təcavüzünü qəti şəkildə pisləyir. İslam Respublikası buna bütün gücü ilə müqavimət göstərmək, həmçinin öz təhlükəsizliyini və milli maraqlarını təmin etmək hüququnu özündə saxlayır", - məlumatda bildirilir.
Həmçinin bu hücumun nüvə silahlarının yayılmaması rejiminə dəhşətli zərbə olduğu vurğulanır.