Hövsan Dəniz Gömrük Postunun rəisi Fərid Usubov sərəncama götürülüb.
Pravda.az "Unikal"a istinadla xəbər verir ki, bununla bağlı Dövlət Gömrük Komitəsinin (DGK) sədri, gömrük xidməti general-leytenantı Şahin Bağırov müvafiq əmr imzalayıb.
Qeyd edək ki, post rəisinin sərəncama götürülməsinə səbəb Hövsan Dəniz Gömrük Postunda külli miqdarda qeyri-qanuni siqaret yüklərinin aşkarlanması olub.
Tarix: 22 İyun 2025, 08:52