AZ

İrandan SON DƏQİQƏ açıqlaması: Radioaktiv sızma...

ABŞ-ın zərbələrinə məruz qalan İranın İsfahan, Natanz və Fordodakı nüvə obyektlərində radioaktiv çirklənmə əlaməti yoxdur.

Musavat.com TASS-a istinadən xəbər verir ki, bu barədə İslam Respublikasının Atom Enerjisi Təşkilatının bəyanatında deyilib.

"Görülən tədbirlər, ilkin planlaşdırma və radioaktiv aşkarlama sistemləri tərəfindən qeydə alınan məlumatları nəzərə alaraq, çirklənmə əlamətləri aşkar edilməyib", - İranın dövlət xəbər agentliyi İRNA-nın yaydığı bəyanatda deyilir.

Daha öncə təşkilat bəyan edib ki, İran ölkənin nüvə obyektlərinə zərbələrə baxmayaraq, nüvə sektorunu inkişaf etdirməyə davam edəcək.

Vurğulanıb ki, İranın nüvə obyektlərinə zərbələr beynəlxalq hüquqa, xüsusilə də Nüvə Silahlarının Yayılmaması Müqaviləsinə ziddir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
14
29
olaylar.az

10Mənbələr