AZ

Bəşər Əsədin əmisi oğlu saxlanıldı

Suriyada ölkənin keçmiş prezidenti Bəşər Əsədin əmisi oğlu Vasim Əsəd saxlanılıb. 

 

Senzor.az yerli KİV-ə istinadən bildirir ki, bu barədə məlumatı Suriyanın Daxili İşlər Nazirliyi yayıb. 

 

V.Əsəd narkotik alverində və bir sıra digər qanun pozuntularında ittiham olunur. 

 

“Suriya kəçfiyyatının və DİN-in əməkdaşları Vasim Əsədi saxlayıb. O, Suriyada narkotik alveri ilə məşğul olan ən tanınmış şəxslərdən biri hesab olunur və keçmiş rəhbərliyin cinayətlərində iştirak edib”, - deyə Suriya DİN-in feysbuk hesabında edilən paylaşımda bildirilib.

 

“SANA” agentliyinin mənbələri isə, sözügedən şəxsin Livanla sərhədin yaxınlığında saxlanıldığını bildiriblər.

 

Xatırladaq ki, Suriyada 2024-cü il dekabrın 8-nə keçən gecə müxalifət qüvvələri hakimiyyəti ələ keçirib. Bunun ardınca, Bəşər Əsəd və ailəsi Rusiyaya qaçıb.

 

Seçilən
6
6
senzor.az

7Mənbələr