AZ

BMT: “Dünya üçün fəlakətli nəticələr ola bilər”

BMT:

BMT Baş katibi Antoniu Quterriş ABŞ-nın İrandakı nüvə obyektlərinə zərbələri “beynəlxalq sülh və təhlükəsizliyə təhdid” adlandırıb.

Reyting.az
xəbər verir ki, bu barədə dünya təşkilatının başçısı sosial şəbəkədə paylaşım edib.

“Mən bu gün Amerika Birləşmiş Ştatlarının İrana qarşı güc tətbiq etməsindən ciddi şəkildə narahatam. Bu, onsuz da gərgin olan bir bölgədə təhlükəlieskalasiya, beynəlxalq sülh və təhlükəsizliyə birbaşa təhdiddir”, – Quterriş qeyd edib.

Onun sözlərinə görə, münaqişənin nəzarətdən çıxma riski artır ki, bu da dünya üçün fəlakətli nəticələrə səbəb ola bilər.

Quterriş üzv dövlətləri gərginliyi azaltmağa və beynəlxalq hüquq çərçivəsində öhdəlikləri yerinə yetirməyə çağırıb.

“Bu təhlükəli saatda xaosdan qaçmaq çox vacibdir. Hərbi həll yolu yoxdur.Yeganə yol diplomatiyadır. Yeganə ümid sülhdür”,- dünya təşkilatının lideri vurğulayıb.

Xatırladaq ki, daha əvvəl Tramp İranın Fordo, Natanz və İsfahandakı nüvə obyektlərinə uğurlu zərbələr endirildiyini açıqlamışdı.(Report)
Seçilən
12
13
reyting.az

10Mənbələr