AZ

TƏCİLİ! İsrail AÇIQLADI: ABŞ-ın İrana hücumu an məsələsidir

İsrail rəsmiləri ABŞ-ın hələ rəsmi qərar verməsə də, yaxın günlərdə İranla müharibəyə qoşulacağına inanır.

Musavat.com xəbər verir ki, bu barədə The New York Times iki yüksək rütbəli israilli hərbçiyə istinadən məlumat yayıb.

Mənbələrin bildirdiyinə görə, son iki gün ərzində ABŞ və İsrail hərbçiləri arasında intensiv təmaslar olub və Vaşinqtonun İran əleyhinə mümkün hücuma hazırlıqları başladılıb. Hətta amerikalıların yaxın günlərdə İranı hədəf alan hücum həyata keçirəcəyi ehtimal edilir.

Israel-Iran-Krieg:

Qəzet yazır ki, ABŞ artıq 15 tonluq bunker əleyhinə bombalar daşıya bilən bir neçə B-2 strateji bombardmançısını bölgəyə yerləşdirib. Bu təyyarələrin İranın yeraltı nüvə obyekti olan Fordoya hücum üçün istifadə edilə biləcəyi ehtimal olunur.

Hətta həmin bombardmançılar birbaşa hücum etməsə belə, onların bölgəyə dislokasiyası İrana təzyiq vasitəsi kimi qiymətləndirilir. Məqsəd isə Tehranın danışıqlar masasına qayıtmasına nail olmaqdır.

Musavat.com

Seçilən
34
18
musavat.com

10Mənbələr