AZ

Dana Uayt: "Bakı seçimindən məmnunuq"

"Bakı seçimindən məmnunuq".

Teleqraf xəbər verir ki, bunu UFC-nin prezidenti Dana Uayt Bakıda təşkil olunan “UFC Döyüş Gecəsi”ndən sonra mətbuat konfransında deyib.

56 yaşlı funksioner Bakını bəyəndiklərini söyləyib: “Sadəcə, mən yox, bizimlə işləyən heç kim buranı tanımırdıq, amma yenə də çox bəyəndik. Buranın yeməkləri, otelləri əladır. Bizim üçün gözəl təcrübə idi”.

Uayt gecənin əsas döyüşündə Camal Hill üzərində qələbə qazanan Xalil Rauntrinin çıxışını dəyərləndirib: “O, Aleks Pereyra ilə döyüşdən sonra geridönüş etmək istəyirdi. Çox ciddi taktikası var idi. Öz performansını inkişaf etdirib”.

O, Bakını seçməkdə məmnuq qaldıqlarını vurğulayıb: “Biz hər yerdə olmaq istəyirik. Buranı niyə seçdiyimizi xatırlamıram. Amma seçimimizdən məmnunuq”.

Dana Uayt UFC-nin Qazaxıstanda mümkün təşkili barədə sualı cavablandırıb: “Nyu-Yorkda çoxlu qazax var və hamısı bunu bizdən soruşur. Bunu bilmirəm, amma nə vaxtsa olacaq”.

O, güləş üzrə olimpiya çempionu Abdulraşid Sadullayevin UFC-ə mümkün keçidini şərh edib: “Bu, mümkündür, amma ətraflı heçnə bilmirəm”.

Seçilən
14
44
teleqraf.com

10Mənbələr