AZ

Xərçəng riskini azaldan ən effektiv 8 məhsul

Milli.az saytından alınan məlumata görə, ain.az bildirir.

Sağlam qidalanma yalnız formada qalmaq üçün deyil, həm də bir çox ağır xəstəliklərdən, o cümlədən xərçəngdən qorunmaq üçün vacibdir. Araşdırmalar göstərir ki, bəzi təbii məhsullar hüceyrə səviyyəsində qoruyucu təsir göstərərək onkoloji riskləri əhəmiyyətli dərəcədə azalda bilər.

Milli.Az xəbər verir ki, mütəxəssislər xərçəngin yaranma ehtimalını aşağı salan 8 əsas qidanı tövsiyə edirlər:

 Brokoli

Tərkibindəki sulforafan adlı maddə xərçəng hüceyrələrinin böyüməsini ləngidir. Xüsusilə prostat və döş xərçəngi riskini azaldır.

Pomidor

Likopenlə zəngindir - güclü antioksidantdır. Prostat xərçənginə qarşı qoruyucu təsiri elmi olaraq sübut olunub.

Sarımsaq

Tərkibindəki allisin maddəsi immun sistemini gücləndirir və bəzi xərçəng hüceyrələrinin yaranmasını əngəlləyə bilər.

Yaşıl çay

Katexinlərlə zəngindir. Hüceyrələrin mutasiyaya uğramasının qarşısını almağa kömək edir.

Kətan toxumu

Omega-3 yağ turşuları və lignanlar sayəsində xüsusilə süd vəzi xərçəngi riskini azaldır.

Giləmeyvələr

Antioksidantlarla zəngindir. Hüceyrə səviyyəsində zədələnmənin qarşısını alır.

Zerdeçal (kurkumin)

Güclü iltihab əleyhinə xüsusiyyətlərə malikdir. Tədqiqatlar göstərir ki, bəzi xərçəng növlərinin yayılmasını ləngidə bilər.

Qoz

Tərkibində E vitamini, fitosterollar və antioksidantlar var. Xüsusilə bağırsaq və süd vəzi xərçəngi riskini azaldır.

Milli.Az

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
6
1
news.milli.az

4Mənbələr