AZ

Dünya şəhrətli oyunçunu Bakıya gətirmək istəyirlər

“Zirə”nin Konfrans Liqasının II təsnifat mərhələsindəki rəqibi “Hayduk” ulduz futbolçusu İvan Rakitiçlə yollarını ayıra bilər.

Sportinfo.az xəbər verir ki, bunu Xorvatiya klubunun prezidenti İvan Biliç açıqlamasında təkzib etməyib.

O, 37 yaşlı yarımmüdafiəçinin klubla müqaviləsinin bu ayın sonuna qədər olduğunu deyib. Buna baxmayaraq, klub prezidenti Xorvatiya millisinin sabiq üzvü ilə yeni sözləşmə imzalamaq istəyində olduqlarını da gizlətməyib:

“Rakitiçin gələn mövsüm də “Hayduk”da qalmaq şansı var. Onu ya oyunçu, ya da klub funksioneri kimi saxlamaq istəyirik.

Rakitiç iyulun əvvəlində istirahətdən qayıdacaq. Müzakirələrin müsbət nəticələnəcəyinə inanırıq”.

“Zirə” “Hayduk”la ilk oyununu iyulun 23-də “Neftçi Arena”da keçirəcək. Komandaların Xorvatiyadakı cavab matçı bir həftə sonra oynanılacaq.

Seçilən
18
sportinfo.az

1Mənbələr