İran iki ölkə arasında münaqişənin gərginləşəcəyi təqdirdə İsrailin Dimona şəhərindəki nüvə tədqiqat mərkəzinə zərbə endirmək imkanını nəzərdən keçirir.
Teleqraf xəbər verir ki, bu barədə Qətərin “Əl-Cəzirə” telekanalı yüksək rütbəli İran rəsmisinə istinadən məlumat yayıb.
Kanalın adını açıqlamadığı İran rəsmisi bildirib: “Münaqişə yeni səviyyəyə keçərsə, Dimonadakı nüvə reaktoru bizim qanuni hədəfimizə çevrilə bilər".