AZ

“20-dən çox görüntü kompüterimdədir…” – Teleaparıcı bütün SİRLƏRİ AÇDI

Ötən həftə Ofeliya Şabanovanın şəxsi həyatının “Rəngarəng” verilişində ifşa olunması sosial şəbəkələrdə ciddi tənqidə səbəb oldu. İzləyicilər ailə dramının efirə daşınmasını etik saymayıb, bu həssas mövzunun reytinq üçün istismar edilməsinə etiraz etdilər.

Məsələ ilə Yenisabah.az tanınmış teleaparıcı Amil Xəlilin fikirlərini öyrənib: – Bəzi tamaşaçılar veriliş formatını “şou yox, qəddarlıq” adlandırdı. Demək olarmı ki, televiziya artıq informasiya vasitəsi yox, emosional istismar alətinə çevrilir? Doğrudan da bu günlərdə Zaur Nəbioğlu ilə əlaqəm və ünsiyyətim olmasa da, etiraf etməliyəm ki, şou-biznesin gündəmi adamın əlindədir. Bu adam verilişlərdə nə edirsə, şou saytları əsas xəbərə çevrilir. Bəziləri kimi dünən baş verən xəbəri durub, efirə çıxartmır. Adam özü gündəm yaradır və efirə çıxardır. Bundan sonra da bütün saytlar Zaur Nəbioğlundan yazır. Bunun da şahidiyəm və bunu zorla etmir. Bəzi aparıcılar kimi bunu paylaş deyib, heç kəsə yalvarmır. Adam şou və maqazin gündəmini əlində saxlamağı bacarır. Bu da media üçün yaxşı haldır. Bilməyənlər üçün qeyd edim ki, efirlər 5-10 dəqiqə ərzində gecikmə ilə yayımlanır.

– Ofeliya Şabanovanın  şəxsi məsələlərinin gündəmə gəlməsinə münasibətiniz necədir? Ofeliya xanımın da gözəl səsi var. Mən onun mahnılarını dəyərləndirirəm. Hətta onun mahnılarından “Xoş gəldin” verilişində istifadə edirəm. İnsanın ruhuna toxunan mahnılar oxuyur. Açığını deyim ki, Ofeliya xanım istəməsəydi, elə ordaca buna sərt formada reaksiya verərdi. Bütün müğənnilər şahiddir ki, efir gecikmə ilə yayımlanır. Görünən odur ki, həm məsələyə o cür yanaşır, həm də bütün bunları reytinq xətrinə edir. Sizə bir sirr də verim ki, orada kameralar pilləkənə qədər qurulur. Otağa kimi qurulursa, deməli hadisəni şou üçün edirlər. Yenə də deyirəm, müğənni istəməsə, elə ordaca qışqırar, çəmkirər ki, bunlar yayımlanmasın. Hətta 18+ sözlər də deyə bilər ki, efir yarımçıq kəsilsin.

– Ailə dəyərləri və efirin funksiyası məsələsində nə düşünürsünüz? Əgər söhbət budursa, ümumi bir cəmiyyət olaraq bildirək ki, biz razıyıq. Necə lazımdır istədiyiniz tamaşaçını dəvət edək. Amma reytinqlər düşəcək aşağı səviyyəyə. Çünki camaat dəyərli söhbətlər, boş qalan cəmiyyətlər, 3-4 saata dağa çıxacam bir veriliş hazırlayacam, sosialda baxılsa da, bu bizə heç bir reytinq verməyəcək. Ölkədə bütün rus və xarici kanalları ləğv edək. Elə Zaur Nəbioğlu da verilişə tar-kaman qoyub, muğam verilişi aparsın. Amma mənim tamaşaçım üç ölkənin kanalları arasında qalırsa, mən də mübarizəmi aparmalıyam. Mən də reytinq verməli və dolanmalıyam. Bu məsələlər müzakirə olunmalıdır. Milli Məclisdə də, Şurada da bu barədə müzakirələr aparılmalıdır. Ay camaat siz nə istəsəniz biz edirik, amma biz istədiyimiz də olmalıdır. Ölkədə 86 faiz televiziyaya krosno-antena ilə baxır. Bu da o deməkdir ki, tamaşaçının mənim verilişimə baxıb, baxmaması sual altındadır. Ona görə də şounu önə çıxartmalıyam.

– Şəxsi həyatın ifşası ilə bağlı verilişinizə gələn təkliflərə münasibətiniz necə olur? Məsələn, “Gəl danış”da elə mövzularım var idi ki, mən onu efirə çıxarda bilmirdim. Kompüterimdə bəlkə 20-dən çox görüntü var ki, kişi arvadını tutub, gətirib ki, ver bunu efirə. Az qala hər gün də gəliblər, demişəm ki, yox, mən bunu efirə verməyəcəm. Əgər ediriksə, uşağın anaya verilməməsi məsələsini qaldıra bilərəm. Hər hansı bir görüntünü təqdim edə bilmərəm.

– Bu şou məsələləri sizcə kimlərin təşəbbüsü ilə olur?

Şou məsələlərinin əksəri müğəninnin öz razılığı ilə olur. Bir sirri də qeyd edirəm ki, adam Xalq artistidir, efirə gələndə iki prodüsseri qaynar xəttə zəng vurub, gündəm yaratmışdı. Sonra məlum olmuşdu ki, adamlar öz prodüsserləridir. Ona görə də “ərimin corablarını yuyuram” deyəndə, onu dəstəkləyən də olmuşdu, qınayan da. Açığı deyəcəm ki, bu məsələyə tam inanmıram.

– Bəzən xalq artistlərinin şəxsi həyatına münasibətdə fərqli yanaşma müşahidə olunur…

Çünki yaxşı mənada elə müğənnilər var ki, küçədə durub, dalaşsalar da bunu heç kəs çəkib, paylaşmır. Məsələn, bizim Xalq artistlərimiz var, Şeyx Əbdül və ya Allah rəhmət etsin, Yalçın Rzazadəyə qarşı bu hərəkəti edə bilərdikmi? Çünki onlar ona şərait yaratmazdı. Müğənni var ki, ailəmi heç kəs görməsin, çəkməsin deyirdilər, indi isə hamısı ailənin içini göstərirlər. Çünki onlara gündəm lazımdır, toy lazımdır.

– Siz bu cür şoulardan niyə istifadə etmirsiniz?

Bunu müğənni istəyirsə, hər kəs edə bilər. Mənim etməmə səbəbim də, sosial şəbəkədə və cəmiyyətdə olan insanlara önəm verməyimdir. Sosial şəbəkələrdə söyüşün biri, bir qəpikdən yazırlar və bəzi aparıcılar da bunu normal qarşılayır. Amma mən deyirəm ki, onları yazanlar böyük adamlardır və fikirlərinə önəm vermək lazımdır.

Seçilən
5
bizimshow.az

1Mənbələr