
Türkiyəli jurnalist Fatih Altaylı saxlanılıb.
Bu barədə məlumatı “Haber Global” İstanbul Baş Prokurorluğuna istinadla yayıb.
Bildirilir ki, F. Altaylı özünün “YouTube” kanalında bu il iyunun 20-də Prezident Rəcəb Tayyib Ərdoğanı hədəf alan təhdid məzmunlu ifadələr işlədib. Bu səbəbdən jurnalistə qarşı istintaq başladılıb və o, saxlanılıb.