AZ

“Mənə ən çox təsir edən adıma yaxılan ləkədir - Yapışdırdılar, qaldı adımın üstündə”

“Mən illərdir verilan haqsız cəzanın əziyyətini çəkirəm.

Bəlkə də bundan sonra heç vaxt futbola qayıtmayacam”.

Bu sözləri Sportinfo.az-a açıqlamasında Azərbaycan millisinin sabiq müdafiəçisi Cəmşid Məhərrəmov deyib.

Vaxtilə Premyer Liqada “Karvan”, MOİK, “Bakı”, “Kəpəz” kimi komandaların şərəfini qorumuş, “Adanaspor”da legioner həyatı yaşamış Məhərrəmov adı danışılmış oyunlarda hallandığına görə AFFA-nın qərarı ilə futboldan ömürlük uzaqlaşdırılıb.

Bir zamanlar klubda və millidə çiyin-çiyinə top qovduğu Elvin Məmmədov, Vaqif Cavadov, Rəşad Sadıqov, Elmar Baxşıyev kimi tanışları indi baş məşqçi kimi çalışır.

Cavid Hüseynov da bu təcrübəyə sahibdir. Kənardan baxanda, o, özünə “niyə mən orda deyiləm” sualı verirmi?

Onun cavabını dinləyək:

“İlk növbədə onların hər birinə uğurlar arzulayıram. Adları çəkilənlərin hamısı ilə münasibətim ən yüksək səviyyədə olub.

Çox istəyirəm ki, uğur qazansınlar, irəli getsinlər. O ki qaldı özümə o sualı verməyimə, bu, heç nəyi dəyişməyəcək.

Mənə ən çox təsir edən adıma yaxılan ləkədir. O ləkəni yapışdırdılar, qaldı adımın üstündə.

Mənə 5-10 nəfər yaxından tanıyır, bunu etməyəcəyimi bilir. Yerdə qalanlar bilmir axı.

Bir nəfər çıxıb deyə bilməz ki, Cəmşid iştirakçısı olduğu hansısa oyunda “alver”lə məşğul olub. Bunu heç kim deyə bilməz, çünki mümkün deyil”.

Seçilən
2
sportinfo.az

1Mənbələr