AZ

“Liverpul”u “Nyukasl”a dəyişə bilər

“Liverpul”un hücumçusu Dioqo Jota “Nyukasl”ın maraq dairəsindədir.

90deqiqe.Az-ın məlumatına görə, “sağsağanlar” 28 yaşlı futbolçu üçün təxminən 50 milyon avro dəyərində qiymətləndirilən Jota ilə bağlı “Liverpul”la rəsmi danışıqlara başlayıblar. Lakin hazırda sövdələşmənin hələ razılaşdırılmaqdan uzaq olduğu bildirilir.

Dioqo Jota 2020-ci ildən bəri “Liverpul”un formasını geyinir. Bu mövsüm portuqaliyalı, bütün turnirlərdə 37 oyuna çıxaraq 9 qol vurub və 4 məhsuldar ötürmə edib. Transfermarkt portalına görə, portuqaliyalı hücumçunun hazırkı bazar dəyəri 40 milyon avrodur.

Seçilən
17
90deqiqe.az

1Mənbələr