AZ

Rusiyalı MMA döyüşçüsü: "Qalib gəlməyə layiq idim"

Rusiyalı MMA döyüşçüsü Taqir Ulanbekov Mütləq Döyüş Çempionatının (UFC) Bakıda keçirilən turnirində qələbə qazanması ilə bağlı fikirlərini bölüşüb.

Far.Az "Report"a istinadən xəbər verir ki, o, mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb.

Dağıstanlı döyüşçü bütün görüş vaxtı irəli atıldığını vurğulayıb:

"Ayaqüstə döyüşə bildiyimi sübut etdim. Bu gün hər şey mənim tərəfimdə idi və qalib gəlməyə layiq idim".

Qeyd edək ki, Taqir Ulanbekov Maksum Azatı (Qazaxıstan) məğlub edib.

Seçilən
29
4
far.az

9Mənbələr