AZ

Tramp Pezeşkiyanla görüş üçün şəxsən Türkiyəyə getməyə hazırdır

ABŞ prezidenti Donald Tramp İranla mümkün razılaşmanın əldə olunması naminə Türkiyəyə səfər etməyə hazır olduğunu bəyan edib.

KONKRET.az xəbər verir ki, bu barədə məlumat yayan Axios portalının yazdığına görə, Tramp bu təklifi Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla telefon danışığı zamanı müzakirə edib. O bildirib ki, lazım gəldiyi halda ABŞ-ın vitse-prezidenti Cey Di Vens və iş adamı Stiv Uitkoffu Türkiyəyə göndərməyə, hətta İran prezidenti Məsud Pezeşkiyanla birbaşa görüş üçün şəxsən özü Türkiyəyə gəlməyə hazırdır.

Mənbənin bildirdiyinə görə, Tramp bu addımların regionda sabitliyə nail olmaq üçün faydalı ola biləcəyini vurğulayıb.

Natiq Səlim,
KONKRET.az

Seçilən
5
1
konkret.az

2Mənbələr