AZ

UFC: Gecənin əsas döyüşləri başladı

Bakıda keçirilən UFC döyüş gecəsi davam edir.

Apasport.az xəbər verir ki, turnirin əsas görüşlərinə start verilib.

Öncə yarım yüngül çəki dərəcəsində mübarizə baş tutub.

Tacikistan təmsilçisi Məhəmməd Nayimov avstriyalı Boqdan Qradla qarşılaşıb. Döyüşün ilk raundu qarşılıqlı zərbələr şəraitində keçib. İkinci raundda da eyni ssenari davam edib. Üçüncü raundda da qalib bəlli olub. 

Yekunda qalib hakimlərin səsverməsi ilə müəyyənləşib. Referilər Muhammed Nayimovun üstün olduğunu bildiriblər və tacikistanlı idmançı qələbə qazanıb.

Qeyd edək ki, Azərbaycan təmsilçilərinin də çıxış edəcəyi əsas döyüşlərə 23:00-da start veriləcək.

“Qarabağ”ın futbolçuları “UFC Fight Night”da - FOTO

Bakıda keçirilən UFC-də ilk qadın qalib Siqula oldu

Taqir Ulanbekovdan çətin qələbə

Bakıda ilk UFC qalibi Muhammed Usman oldu 

Bu gün Bakıda ilk dəfə UFC turniri baş tutacaq

Seçilən
31
apasport.az

1Mənbələr