AZ

Husilər: ABŞ İrana hücum edərsə, Qırmızı dənizdəki gəmilərini hədəfə alarıq

Husilər: ABŞ İrana hücum edərsə, Qırmızı dənizdəki gəmilərini hədəfə alarıq

Yəməndə İranın dəstəklədiyi husilər ABŞ-ın İrana hərbi hücum etməsi halında Qırmızı dənizdəki ABŞ döyüş gəmilərinə hücum edəcəkləri ilə hədələyiblər.

Husilərin hərbi sözçüsü Yəhya Səri verdiyi açıqlamada bölgədəki hadisələri yaxından izlədiklərini və ölkələrini müdafiə etmək üçün zəruri olan qanuni addımları atacaqlarını bildirib.

Səri qeyd edib ki, İsrail bölgədə tam nəzarət qurmağa çalışır və bu planı ABŞ-ın dəstəyi və şərikliyi ilə həyata keçirmək istəyir. Onun sözlərinə görə, İsrail bu planın qarşısındakı ən böyük maneə olaraq gördüyü İran rejimini devirməyə çalışır.

O əlavə edib ki, belə bir hücum baş verərsə, Qırmızı dənizdəki ABŞ hərbi gəmiləri hücum hədəfi olacaq.

Seçilən
2
afn.az

1Mənbələr