Son elmi tədqiqatlara görə, ayaqyalın gəzmək bədən sağlamlığına müsbət təsir göstərir.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, bu vərdiş Yerin təbii elektrik enerjisi ilə birbaşa təmas quraraq fiziki və psixoloji rifahı artırır.
1. İltihab və stressin azalması
"Journal of Inflammation Research" jurnalında yayımlanan araşdırmalara görə, ayaqyalın gəzmək immun sistemini gücləndirir, iltihabları və xroniki xəstəliklərin riskini azaldır.
2. Ayaq əzələlərinin güclənməsi
2021-ci ildə aparılan araşdırma göstərib ki, ayaqqabı geyinməyi minimuma endirən şəxslərdə ayaq gücü 57%-dən çox artıb. Həmçinin topuq və oynaqların elastikliyində də müsbət effektv verir.
3. Yuxu keyfiyyətinin yaxşılaşması
12 həftəlik araşdırma göstərib ki, ayaqyalın gəzən yeniyetmələrdə diqqət toplama və zehni fəaliyyət səviyyəsi yüksəlib.
4. Ürək və qan dövranı üçün faydalıdır
Qan axınını yaxşılaşdırır, bununla da ürək-damar sağlamlığını dəstəkləyir.
Mütəxəssislər ideal ayaqyalın gəzmə müddətinin gündə 30 dəqiqə olduğunu vurğulayır və xüsusilə çəmənlik, torpaq və ya qum səthlərində bu vərdişin tətbiqini tövsiyə edirlər.