AZ

Bakı Ağır Cinayətlər Məhkəməsinin sabiq əməkdaşına hökm oxundu

Vəzifə səlahiyyətlərindən sui-istifadə etməkdə təqsirləndirilərək həbs olunan, Bakı Ağır Cinayətlər Məhkəməsində böyük mütəxəssis vəzifəsində işləmiş Camal Cavadzadənin barəsində Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən başlanan cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Oxu.Az-ın məlumatına görə, məhkəmə iclasında təqsirləndirilən şəxsə hökm oxunub.

Məhkəmənin qərarı ilə Camal Cavadzadə 1 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilib.

Xatırladaq ki, Camal Cavadzadə 2024-cü ilin dekabr ayında saxlanılıb. O, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddəsi ilə təqsirləndirilərək barəsində həbs qətimkan tədbiri seçilib.


Telegram kanalımız
Seçilən
6
3
yenisabah.az

4Mənbələr