Belarus prezidenti Aleksandr Lukaşenko ABŞ prezidentinin Ukrayna üzrə xüsusi nümayəndəsi Keyt Kelloq ilə görüşdə onu əmin edib ki, respublikada olarkən təhlükəsizlikdə olacaq.
Bu barədə BelTA məlumat yayıb .
“Cənab general, mən sizə söz verirəm ki, siz Belarus ərazisində tam təhlükəsiz olacaqsınız və bu müddət ərzində təkcə Belarusda deyil, ətrafımızda da heç bir eskalasiya olmayacaq”, - Lukaşenko bildirib.
Öz növbəsində Kelloq görüşə görə Lukaşenkoya təşəkkür edib və vurğulayıb ki, qlobal qeyri-sabitlik şəraitində müdrikliyi və ədaləti qoruyub saxlamaq vacibdir, əks halda böhranlar sürətlə böyüyə bilər.