“Brayton” “Liverpul”un yarımmüdafiəçisi Harvi Elliotu transfer etməkdə maraqlıdır.
Sportinfo.az “The Sun”-a istinadən xəbər verir ki, “qağayılar” 22 yaşlı futbolçu üçün təxminən 47 milyon avro təklif etməyə hazırdırlar.
Elliotun komandadan ayrılmasına səbəb isə Leverkuzen “Bayer”indən Florian Virtsin “Liverpul”a keçidindən sonra oyun praktikası üçün şanslarının azala biləcəyi ehtimalıdır.
O, daha çox meydanda olmaq üçün klubunu dəyişməyə qərar verə bilər.
İngiltərəli yarımmüdafiəçi son mövsümdə “qırmızılar”ın heyətində 28 oyunda iştirak edib, 5 qol vurub və 3 məhsuldar ötürmə ilə yadda qalıb. Onun klubu ilə müqaviləsinin müddəti 2027-ci ilə qədərdir.