AZ

Masallı fermerləri gəmiricilərin "hücum"ları ilə üz-üzəVİDEO

Masallı fermerləri əkdikləri sahələrdən məhsul əldə edə bilmirlər. Buna səbəb sahələrdə gəmiricilərin məhsulları məhv etməsidir.

Xezerxeber.az xəbər verir ki, rayonda hektarlarla əkin sahəsinə siçanlar daraşıb. Gəmiricilər əsasən rayonun Təklə kəndindəki sahalərədə yayılıb. 

Fermerlər deyirlər ki, gəmiricilərlə mübarizə aparmaqları qeyri - mümkündür. İş o yerə gəlib çatıb ki, zərərvericilər sahələrdən kəndə, həyətyanı torpaqlara keçir.

Dövlət Aqrar İnkişaf Mərkəzindən "Xəzər Xəbər"ə bildirildi ki, mübarizə işinin təşkilinə fermerləri dərmanlarla təmin etmək yolu ilə dəstək verilir. Aldadıcı yem hazırlanmasında istifadə olunan digər vasitələr fermerin öz vəsaiti hesabına alınır.

Fermerlər müvafiq dərmanları isə Dövlət Aqrar İnkişaf Mərkəzlərində fəaliyyət göstərən Bitki Mühafizəsi və Fumiqasiya Mərkəzinin əməkdaşlarına müraciət edərək pulsuz ala bilərlər.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir. 

Seçilən
38
xezerxeber.az

1Mənbələr