Abşeronda 16 yaşlı qızın axund tərəfindən qaçırıldığı iddia olunur.
Xezerxeber.az xəbər verir ki, eşidənləri heyrətə salan hadisə rayonun Aşağı Güzdək qəsəbəsində baş verib.
Qaçırılan 16 yaşlı qızın atası Emin Babayev iddia edir ki, Aşağı Güzdək qəsəbə məscidinin axundu Turab Tahirov qızı zorla qaçırıb. Axundun qızı Göyçaya apardığı bildirilir.
Qızın atası deyir ki, qızı həmin məsciddə qadın müəlimənin yanına dini dərslərə gedib. Əvvəllər axund onlara elçi göndərmək istəsə də, ailə razı olmayıb. Hadisə iyunun 17 də baş verib. Bu günə qədər də qızdan xəbər ala bilmirlər.
Emin Babayevin iddiasına görə, baş verən hadisədən sonra Turab Tahirov tutduğu vəzifədən azad edilib.
Daha sonra 16 yaşlı qız sosial şəbəkələrdə danışaraq baş verənlərə münasibət bildirib.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.