AZ

İlqarədən anası ilə bağlı etiraf Video

ain.az bildirir, Axsham.az portalına istinadən.

Xəbər verdiyimiz kimi, Xalq artisti Aygün Kazımova estrada aləmində daha bir yeniliyə imza ataraq, fərqli formada albom hazırlayır. Albomda Pop kraliçanın illərdir hit olan mahnıları digər sənət adamlarının  ifasında səslənəcək. 

Axşam.az-ın məlumatına görə, albomda yer alacaq daha bir ifaçının adı bəlli olub. Belə ki, Kazımovanın qızı İlqarə Kazımova da anasının mahnısını oxuyacaq. Bu haqda İlqarə “Gün ortası” verilişində danışıb:

“Aygün Kazımova ilə duet planlaşdırıram. Yalnız onunla duet oxuyacağam. Anamın albomu çıxacaq. Mahnılarını bizim sənətçilərimiz oxuyacaq. Mən də onun bir mahnısını ifa etmişəm. Artıq hazırdır. Çıxanda tamaşaçılar görəcək”.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
28
10
axsam.az

10Mənbələr