AZ

COVID-19 üzərində qələbə haqqında danışmaq hələ tezdir

Pandemiya bitdi. Lakin COVID-19 üzərində qələbə haqqında danışmaq hələ tezdir. Bunu “RİA Novosti”yə açıqlamasında Rusiyanın “Rospotrebnadzor” qurumunun rəhbəri Anna Popova deyib.

Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumu çərçivəsində o, bütün virus və bakteriyaların "yaşamağa davam etdiyini" xatırladıb.

"Demək istərdim ki, 1980-ci ildə dünyada çiçək xəstəliyinin ləğvinin elan olunması istisna olmaqla, heç kim hansısa virusa qalib gəldiyini, hansısa infeksiyanın tam bitdiyini deyə bilməz. Bütün digər viruslar, bakteriyalar ətraf mühitin bir yerində yaşayır", - Popova izah edib.

“Rospotrebnadzor” rəhbəri qeyd edib ki, rusiyalı mütəxəssislərin gələcəkdə vətəndaşların müdafiəsi üçün bu təcrübədən istifadə etmək naminə pandemiya zamanı baş verən hər şeydən mümkün qədər çox şey öyrənməsi vacibdir.

Nubar Süleymanova, “İki sahil”

Seçilən
17
ikisahil.az

1Mənbələr