Əgər ABŞ İsraili İranla müharibədə birbaşa dəstəkləsə, onun Qırmızı dənizdəki gəmilərinə və donanmasına zərbələr endirəcək.
Axar.az xəbər verir ki, bunu husilərin nümayəndəsi Yəhya Səriya deyib.
Qeyd edək ki, İsrail iyunun 13-də İranın nüvə proqramına qarşı hərbi əməliyyata başlayıb. İranın cavab verməsi ilə münaqişə daha da şiddətlənib.