İsrail və İran arasında münaqişənin kəskinləşməsi fonunda ABŞ Ukraynaya hərbi dəstəyi dayandıra bilər.
Bunu Pentaqonun rəhbərinin keçmiş müşaviri Den Koldvel amerikalı jurnalist Taker Karlsona öz YouTube kanalında dərc olunmuş müsahibəsində deyib.
"Bu müharibə Ukraynaya dəstək verməyi çətinləşdirəcək, hətta qeyri-mümkün edəcək. Biz ukraynalıları ayda istehsal edə bildiyimizdən daha çox artilleriya mərmisi ilə təmin edirdik, ona görə də ehtiyatlarımız tükənmək üzrə idi", - Koldvel bildirib.
O, həmçinin vurğulayıb ki, Vaşinqton çox güman ki, artıq Ukraynaya “Patriot” hava hücumundan müdafiə raket sistemlərini ötürə bilməyəcək, çünki onlar İranla münaqişənin daha da gərginləşəcəyi təqdirdə Amerika qoşunlarını qorumaq üçün lazım olacaq.