AZ

Badımcanı 85 qəpiyə alıb, 23 manata satmışıq - QİYMƏTLƏR, ÖLKƏLƏR

Bu ilin yanvar-aprel aylarında Azərbaycana xarici ölkələrdən 4 min 782.95 ton miqdarında təzə və ya soyudulmuş badımcan gətirilib.

Valyuta.az rəsmi məlumatlara istinadən xəbər verir ki, bu miqdarda məhsulun idxalına 2 milyon 391,91 min ABŞ dolları vəsait xərclənib. İdxal olunan badımcanın bir kiloqramının orta gömrük qiyməti 0,5 dollar (0,85 manat) olub. 

İran İslam Respublikasından 4 min 704.75 ton miqdarında 2 milyon 352 min 810 min ABŞ dolları dəyərində badımcan gətirilib. İrandan gətirilən 1 kiloqram badımcanın orta idxal qiyməti 0.85 manat təşkil edib. 

Türkiyədən gətirilən 78.2 ton miqdarında badımcana isə 39.1 min ABŞ dolları dəyərində vəsait xərclənib. Bu ölkədən gətirilən 1 kiloqram badımcanın orta idxal qiyməti də 0.85 manat təşkil edib.

Həmçinin Azərbaycandan xarici ölkələrə 4.83 ton miqdarında badımcan satılıb. Bu miqdarda məhsulun ixracına 15.42 min ABŞ dolları vəsait xərclənib. 1 kiloqram badımcanın orta ixrac qiyməti 3.19 ABŞ dolları (5.42 manat) təşkil edib.

Azərbaycandan Rusiyaya 4.08 ton miqdarında 5.2 min ABŞ dolları dəyərində, Səudiyyə Ərəbistanına isə 0.75 ton miqdarında 10.22 min ABŞ dolları dəyərində badımcan ixrac edilib. 

Rusiyaya badımcanın 1 kiloqramını 2.17 manata, Səudiyyə Ərəbistanına isə 23.17 manata satmışıq. 

Mayya Hüseynova

Seçilən
22
valyuta.az

1Mənbələr