ain.az, Sportal.az saytına istinadən bildirir.
"Milan" 30 iyun tarixində klubla müqaviləsi başa çatan Luka Yoviçlə bağlı qərar verib.
Sportal.az xəbər verir ki, A Seriyası nəhəngi serbiyalı futbolçunu komandada saxlamayacaq. Bu barədə "La Gazzetta dello Sport" nəşri məlumat yayıb.
Klub 27 yaşlı forvarda yeni müqavilə təklif etməyib. Futbolçu gələn ay azad agent statusunda olacaq.
Qeyd edək ki, "Milan" Luka Yoviçi 2023-cü ilin yayında "Fiorentina"dan transfer edib. Serbiya millisinin üzvü ötən mövsüm "rossonerilər"in heyətində meydana çıxdığı 17 rəsmi matçda 4 qol vurub.
saytlarin hazirlanmasi
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.