AZ

Cəlilabadda qəza - Ölən var

Cəlilabad rayonunda ölümlə nəticələnən yol qəzası baş verib. 

"Unikal"ın məlumatına görə, hadisə Cəlilabadın Göytəpə şəhəri ərazisində qeydə alınıb. 

"VAZ 2106" markalı minik avtomobilinin "Mercedes" markalı minik avtomobili ilə  toqquşması nəticəsində bir nəfər hadisə yerində ölüb. 

Ölən şəxs "VAZ"ın sərnişini Göytəpə şəhər sakini, 1957-ci il təvəllüdlü Əminağa Xudaqulu oğlu Tağıyevdir.

Faktla bağlı araşdırma aparılır. 

 

Xəlil Əliyev

Seçilən
9
5
unikal.az

10Mənbələr