AZ

Naxçıvandan olan məktəbli beynəlxalq olimpiadada “Brilyant mükafat” qazanıb

Naxçıvan, 21 iyun, AZƏRTAC

Naxçıvan şəhər 5 nömrəli tam orta məktəbin şagirdi Ümid Rzalı beynəlxalq olimpiadada böyük uğura imza atıb.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, 8-ci sinif şagirdi Ümid Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində keçirilən və dünyanın 15 ölkəsinin iştirak etdiyi, “Future Intelligence Students Olympiad” (FISO) olimpiadasında riyaziyyat fənni üzrə “Brilyant mükafat” (Diamond Award) qazanıb.

Seçilən
6
2
azertag.az

3Mənbələr