''Beşiktaş'' Artur Masuakunun ardından daha bir futbolçu ilə yollarını ayırıb. Belə ki, Onur Bulut İstanbul nəhəngindən ''İstanbul BŞ''yə yollanıb. Bu transfer artıq rəsmən açıqlanıb.
"Football-plus.az" xəbər verir ki, 31 yaşlı futbolçu yeni klubu ilə ikiillik müqavilə imzalayıb.
Türkiyə mətbuatının yazdığına inansaq, başakşəhərlilər ''ağ-qaralar''a 325 min avro təzminat ödəyiblər. Müdafiənin sağında oynayan Onur daha öncə ''Kayserispor''da adından söz etdirmişdi. 2023-cü ilin fevralın 8-də ''Beşiktaş'' onu müqaviləsindəki sərbəst qalma maddəsindən yararlanaraq 1 milyon avroya heyətinə qatmışdı.
Bu keçid həmin vaxt iki klub arasında çox böyük qalmaqala səbəb olmuşdu. Həm də Onur Kayserini zəlzələdən cəmi 2 gün sonra tərk etdiyinə görə də fanatların etirazı ilə üzləşmişdi. Amma geridə qalan 2,5 il ərzində Bulut ''Beşiktaş''a ciddi fayda verə bilmədi.
O yalnız 75 rəsmi oyunda iştirak edərək aktivinə 1 qol, 5 məhsuldar ötürmə yaza bildi. Qeyd edək ki, hazırda ''İstanbul BŞ''ni çalışdıran Çağdaş Atan ''Kayserispor''da da Onur Bulutun məşqçisi olub.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta