AZ

100 ildən bir rast gəlinən istilik Qrenlandiyanı sarsıdıb

BAKI, TurkicWorld

May istiləri Qrenlandiya buzlaqlarını 17 dəfə daha sürətlə əridib.

TurkicWorld xəbər verir ki, iqlim dəyişikliyi dünyanın ən böyük adası olan Qrenlandiyada buz təbəqələrinin sürətli əriməsinə səbəb olub. World Weather Attribution (WWA) təşkilatının apardığı araşdırmaya əsasən, bu ilin may ayında müşahidə olunan istilər nəticəsində buz təbəqəsi normaldan 17 dəfə daha sürətli əriməyə başlayıb.

WWA-nın məlumatına görə, İslandiyadakı meteoroloji stansiyaların 84 faizində rekord temperatur qeydə alınıb. Tədqiqat göstərir ki, bu cür istilər İslandiya və Qrenlandiyada yalnız 100 ildən bir baş verə bilər.

Qeyd edək ki, mayın 15-də İslandiyada havanın temperaturu 26 dərəcəni keçib ki, bu da Şimali Atlantika regionu üçün nadir və qeyri-adi hadisə sayılır.

Kopernik İqlim Dəyişikliyi Xidmətinin hesabatına görə, 2025-ci ilin mayı müşahidələr tarixində dünyada ikinci ən isti may ayı olub. Bu dövrdə orta səth temperaturu 15,79 dərəcə təşkil edib və bu da 1991–2020-ci illərin ortalamasından 0,53, sənaye dövründən əvvəlki (1850–1900) göstəricidən isə 1,4 dərəcə yüksəkdir.

Seçilən
11
turkic.world

1Mənbələr