AZ

İsrail İranın İsfahandakı nüvə obyektinə hücum edib...

...İsrail Müdafiə Qüvvələri şənbə günü, iyunun 21-də İranın İsfahandakı nüvə obyektinə zərbələr endirib.

SİA-nın xarici qaynaqlardan əldə etdiyi məlumata görə, bunu “The Times of Israel” yazır.

İsrail ordusu bildirib ki, yeni zərbə İranın raket infrastrukturunu, o cümlədən raket anbarları və buraxılış məntəqələrini hədəf alıb.

Eksperimental nüvə reaktorunun və nüvə yanacağı istehsalı üçün infrastrukturun yerləşdiyi İsfahanda da partlayış səsləri eşidilib.

İran mediası daha sonra İsfahandakı nüvə obyektinin hücuma məruz qaldığını təsdiqləsə də, İran təhlükəli material sızmasının olmadığını bildirib.

BBC həmçinin Fordo uran zənginləşdirmə zavodunun yerləşdiyi Qum əyalətində partlayışlar barədə məlumat verir. İran Qum şəhərinə endirilən zərbələr nəticəsində iki nəfərin, o cümlədən ölkənin nüvə proqramının əməkdaşının öldüyünü bildirib.

Əli Babayev

Seçilən
5
sia.az

1Mənbələr