AZ

Evə girən ayı iti qorxutdu - VİDEO

ABŞ-da ayı evə girərək balaca iti qorxudub.

ABŞ-ın Kaliforniya ştatının Monroviya şəhərində "təkrar cinayət törədən" qara ayı yaşayış binasına daxil olaraq iti qorxudub və soyuducunu eşələyib.

Qaziler.az bildirir ki, bu barədə "NBC News" xəbər verir.

Yırtıcı qapını sındıraraq evə girib və astanada 17 yaşlı Dudl adlı itlə qarşılaşıb. Ayı onu pəncəsi ilə vurub, amma o, qaçmayıb. Bundan sonra heyvanlar bir-birini iyləyiblər. Dudl ayıya hürüb və qaçıb: o, belə bir rəqib üçün çox kiçik idi. Onların görüşü kameraya düşüb.

Müdaxilədən qurtulan yırtıcı mətbəxə keçərək soyuducunu açıb. Bu zaman evin sahibi Zoi Kedman nəhayət ayılıb. O, heç nə etməyib və 20 dəqiqə sonra ayı gedib.

Müşahidə kameralarından yırtıcının izlənmə yaxalığının taxıldığını görünüb. Bu onu göstərir ki, o, artıq başqalarının evinə girərkən yaxalanıb. Kedmanın qonşusu Lilli Martinez, eyni ayının dostlarının mətbəxində dondurma və pizza yediyini, sonra isə onların hovuzunda üzdüyünü söyləyib.

QAZİLER.AZ

Seçilən
4
qaziler.az

1Mənbələr