AZ

Fransa Baş naziri savaş təyyarəsindən çıxa bilmədi – Maraqlı anlar

Fransa Baş naziri Fransua Bayrou Paris yaxınlığındakı Burje bölgəsində keçirilən və dünyanın ən böyük aviasiya tədbirlərindən biri olan Paris Aviasiya Sərgisini ziyarət edib. 

News24.az xəbər verir ki,16–22 iyun tarixlərini əhatə edən sərgidə müasir hərbi texnika, dronlar və yüksək texnologiyalı hava sistemləri nümayiş olunur.

74 yaşlı siyasətçi sərgi zamanı Fransız istehsalı Rafale savaş təyyarəsinin kokpitinə əyləşib. Kabinəyə daxil olmaq üçün pencəyini çıxaran Bayrou sərgi iştirakçılarının maraqlı baxışları altında təyyarənin içində özünü pilot kimi sınayıb.

Lakin kabindən çıxarkən o, açıq şəkildə çətinliklə üzləşib. Bu anlar orada olan jurnalistlərin və iştirakçıların diqqətindən yayınmayıb və görüntülər yerli media tərəfindən yayılıb. Həmin anlar sosial şəbəkələrdə də müzakirələrə səbəb olub.

Aqil


Seçilən
6
news24.az

1Mənbələr