AZ

Şəhər havası insultlara səbəb olur


Havanın çirklənməsi insult riskinin artması ilə əlaqələndirilir. Yeni bir araşdırma bu riskin trayektoriyasını öyrənməyə qərar verdi.


“Medicina” xəbər verir ki,Sun Yat-Sen Universitetinin tədqiqatçıları belə qənaətə gəliblər.


Havanın çirklənməsi səviyyəsinin artması yüksək ilk insult riski, insultdan sonra müxtəlif ürək-damar patologiyaları və ölümlə əlaqələndirilir.

Nəticələr göstərir ki, ekoloji vəziyyətə və havanın təmizliyinə təsir edən amillərin azaldılması hələ insult keçirməmiş və ya artıq sağalmaqda olan və ikinci dərəcəli hücumların, eləcə də müxtəlif kəskinləşmələrin qurbanı olmaq riski altında olan insanlar üçün son dərəcə faydalıdır.

Tədqiqatda 56 yaşdan yuxarı 318 mindən çox insan iştirak edib. Tədqiqatın əvvəlində heç kimin insult və ya ürək xəstəliyi tarixi yox idi.

Müəlliflər yaşadıqları yerdən asılı olaraq havanın çirklənməsinin insanlara təsirini qiymətləndiriblər. Müşahidə müddəti 12 il olub və bu müddət ərzində 5967 nəfər insult keçirib. Onlardan 2985-də sonradan ürək-damar ağırlaşmaları yaranıb, 1020 nəfər isə dünyasını dəyişib.


Yüksək səviyyəli çirklənməyə məruz qalan insanlar təmiz hava ilə nəfəs alan insanlarla müqayisədə ilk insult, insultdan sonra ürək-damar patologiyaları və ya ölmə ehtimalı daha yüksək idi.

Belə çirkli hava xüsusən iri şəhər və paytaxtlarda olur.

Aygün Musayeva


Seçilən
3
1
medicina.az

2Mənbələr