AZ

Komandadakı gələcəyini müzakirə etmək niyyətindədir - GÖRÜŞƏCƏKLƏR

“Barselona”nın baş məşqçisi Hans-Diter Flik qapıçı Mark-Andre ter Ştegenlə onun komandadakı gələcəyini müzakirə etmək niyyətindədir.

Sportinfo.az xəbər verir ki, bu barədə “sport.es” məlumat yayıb.

Almaniyalı qolkiperin narazılığına səbəb klubun “Espanyol”dan qapıçı Xuan Qarsiyanı gözlənilmədən transfer etməsi olub.

Məlumata görə, 33 yaşlı oyunçu “Barselona” rəhbərliyinin bu transfer barədə onu əvvəlcədən məlumatlandırmamasından narazı qalıb.

Klub daxilində isə ona izahat verməyə ehtiyac duyulmadığı deyilir ki, bu da onun narazılığını daha da artırıb.

Flikin yaxın günlərdə almaniyalı qapıçı ilə şəxsən görüşəcəyi və məsələni açıq şəkildə müzakirə edəcəyi gözlənilir.

Almaniyalı mütəxəssis Ter Ştegenin dəyişən rəqabət şəraitində klubda qalmağa nə dərəcədə hazır olduğunu anlamaq istəyir.

Ter Ştegen üçün 2024/25 mövsümü uğursuz alınıb. O, yalnız 9 oyunda meydana çıxıb, 11 top buraxıb və cəmi bir dəfə qapısını toxunulmaz saxlayıb.

Seçilən
5
sportinfo.az

1Mənbələr