Futbol üzrə II Liqada mübarizə aparan "Hypers Guba"nın adə dəyişdirilib.
Offsideplus.az xəbər verir ki, komanda bundan sonra çempionatda "Quba" adı altında çıxış edəcək.
Sözügedən kollektiv 2024/2025 mövsümündə 4-cü yeri tutaraq I Liqaya vəsiqə uğrunda pley-offda mübarizə aparıb.
Lakin "Hypers Guba" pley-offa "Difai"yə 1:3 hesabı ilə uduzduğunu görə I Liqaya yüksəlmək şansını boşa verib.
Onu da əlavə edək ki, "Quba"nın heyətində Azərbaycan milli komandasının və "Neftçi"nin keçmiş futbolçuları Cavid İmamverdiyev və Ruslan Qurbanov yer alırlar.