AZ

Dəniz suyunun sağlamlığa 7 möcüzəvi təsiri

Yay aylarında dəniz kənarında istirahət təkcə ruhumuzu dincəltmir, həm də bədənimiz üçün bir çox fayda gətirir.

Ölkə.az xəbər verir ki, dəniz suyunun tərkibində olan minerallar və duzlar orqanizmə müsbət təsir göstərir, bəzi sağlamlıq problemlərinin qarşısını almağa kömək edir.

Dəniz suyu antibakterial xüsusiyyətə malikdir. Bu səbəbdən sızanaq, ekzema, göbələk və psoriaz kimi dəri xəstəliklərində faydalı hesab olunur. Duzlu su iltihabın azalmasına kömək edir, dərini təmizləyir və hüceyrələrin yenilənməsini sürətləndirir.

Eyni zamanda dəniz havası və duzlu su tənəffüs yollarını təmizləyir. Xüsusilə astma, bronxit və allergiyadan əziyyət çəkənlər üçün dəniz havası rahat nəfəs almağa şərait yaradır.

Dənizdə üzmək bədənə təzyiq göstərərək qan dövranını stimullaşdırır. Bu da ürək-damar sisteminin fəaliyyətini gücləndirir.

Bununla belə, dənizdə üzmək bütün bədəni çalışdırır. Suyun müqaviməti ilə hərəkət etdikdə əzələlər daha çox aktivləşir. Eyni zamanda dənizdə olmaq sinir sistemini sakitləşdirir, stressi və narahatlığı azaldır. Həmçinin isti dəniz suyu və günəşin təsiri ilə bədəndəki ağrılar azalır. Xüsusilə revmatizm və oynaqlarda sərtlik yaşayan insanlar üçün bu müalicəvi təbiət şəraiti rahatlaşdırıcı təsir göstərə bilər.

Bundan əlavə dənizdə zaman keçirmək və günəş işığı almaq bədəndə melatonin hormonunun səviyyəsini artırır. Bu da gecə daha dərin və rahat yuxu ilə nəticələnir.

Həmidə İbrahimova

Seçilən
10
1
olke.az

2Mənbələr