Ağdam, 21 iyun, Tahir Ağaməmmədov, AZƏRTAC
Bu gün Qarabağa səfərimdən çox təsirləndim. Çünki bu üç şəhərdə, yəni Laçın, Şuşa və Ağdamda qısa zaman ərzində böyük irəliləyişin şahidi oldum.
Bunu AZƏRTAC-ın bölgə müxbirinə açıqlamasında diplomatik korpus nümayəndələrinin işğaldan azad edilən Ağdama səfəri zamanı Moldovanın səfiri Aleksandr Esaulenko söyləyib.
“Yaradılan infrastrukturu, yerli əhali üçün inşa edilən obyektləri görmək olduqca xoşdur. Bu o deməkdir ki, Azərbaycan Respublikası tarixən bu yerlərdə yaşamış insanlara qayğı göstərir. Biz görürük ki, bu bölgəyə həyat və əmin-amanlıq qayıdıb. Qarabağ Azərbaycan xalqının birlik və firavanlıq rəmzinə çevrilib”, - deyə səfir bildirib.