Bakı Dövlət Universitetinin (BDU) Filologiya fakültəsinin 1990-1995-ci illərdə təhsil almış məzunları 30 ildən sonra yenidən qocaman təhsil ocağına toplaşıblar.
SİA-nın məlumatına görə, BDU-dan bildirilib ki, Filologiya fakültəsinin dekan müavini Mehriban Əlizadə fakültənin 30 il öncəki məzunlarına tədris və elmi fəaliyyət istiqamətində əldə olunan nailiyyətlər barəsində məlumat verib. Fakültənin hər bir məzunu ilə daim fəxr etdiyini və xatırlandığını bildirib.BDU-nun alimləri Zemfira Şahbazova, Qızılgül Abdullayeva, Vaqif Sultanlı, Tofiq Hacıyev, Boran Əziz, Sona Çərkəz, Nüşabə Sadıxlı, Etibar Talıblı, Vaqif Nəbiyev, Qənbər Xanməmmədov və İsmayıl Məmmədov tələbələri ilə yenidən görüşməkdən məmnun olduqlarını, keçmişin yalnız xatirələr deyil, həm də mənəvi irs olduğunu qeyd ediblər.
Məzunlar müəllimləri və tələbəlik illəri ilə bağlı xatirələrini bölüşüb, sonra BDU-nun ərazisini gəzib, universitetdə həyata keçirilən yeniliklərlə tanış olublar.