AZ

Aİ artıq İsrailin beynəlxalq humanitar hüquqa əməl etmədiyinə inanmağa başlayıb - Borrell

BAKI,TurkicWorld

Avropa İttifaqının sabiq Xarici Siyasət və Təhlükəsizlik üzrə Ali Nümayəndəsi Josep Borrell, Aİ-nin İsrailin Qəzzada həyata keçirdiyi hücumları nəzərə alaraq beynəlxalq humanitar hüquqa əməl etmədiyi qənaətinə gəlməyə başladığını bildirib.

TurkicWorld xəbər verir ki, bu barədə Borrell sosial media hesabında paylaşım edib.

“Avropa İttifaqı diqqətli qiymətləndirmədən və Qəzzada ölüm sayının indiyədək görünməmiş səviyyəyə çatdığını müşahidə etdikdən sonra, İsrailin beynəlxalq humanitar hüquqa əməl etmədiyi qənaətinə gəlməyə başlayıb”- deyə o bildirib.

Xatırladaq ki, Borrell ötən həftə Madrid şəhərində keçirilən konfransda da İsrailin Qəzzada “qətliam” törətdiyini bildirmiş, Aİ-ni bu məsələdə indiyədək passiv davranmaqda ittiham etmişdi.

Seçilən
14
turkic.world

1Mənbələr