AZ

Büdcə profisiti bu fonda köçürülə bilər

BAKI, 21 iyun. TELEQRAF

Büdcə profisiti Dövlət borcu və zəmanəti üzrə öhdəliklərin Təminat Fonduna köçürülə bilər.

Teleqraf xəbər verir ki, sözügedən məsələ "Büdcə sistemi haqqında" qanuna təklif edilən dəyişiklik layihəsində əksini tapıb.

Layihədə qeyd olunur ki, büdcə ili ərzində yaranan büdcə artıqlığının (profisitin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilən hissəsi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən Dövlət borcu və zəmanəti üzrə öhdəliklərin Təminat Fonduna köçürülə biləcək.

Həmçinin sənəddə vurğulanır ki, büdcə ili ərzində vahid xəzinə hesabının qalığı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən idarə olunur və (və ya) idarəetməyə verilir. Vahid xəzinə hesabının qalığının idarəetməyə verilməsi qaydaları müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən ediləcək.

Seçilən
17
teleqraf.com

1Mənbələr