AZ

Hikmət Hacıyev xarici diplomatlarla Qarabağa səfəri ilə bağlı paylaşım etdi

Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev ölkəmizdəki xarici diplomatlarla Qarabağa səfərinin yekununa dair paylaşım edib.

Editor.az -ın xəbərinə görə, Hikmət Hacıyev öz “X” hesabında bununla bağlı təəssüratlarını bölüşüb.

“Diplomatik korpusla Laçın-Şuşa-Ağdama səfərimiz Ağdam-Bakı qatarına minməzdən əvvəl Ağdam dəmiryolu vağzalının qarşısında ailə fotiosunun çəkilməsi ilə başa çatdı”, – deyə o, paylaşımda bildirib.

Xatırladaq ki, Azərbaycanda akkreditə olunmuş diplomatlar və hərbi attaşelər qrupu Qarabağ və Şərqi Zəngəzur regionuna iki günlük səfər ediblər.

Seçilən
18
6
editor.az

9Mənbələr