Son günlər sosial şəbəkələrdə yayılan məlumatlara görə, internet rabitəsinin zəifləməsi səbəbi İsrail-İran müharibəsidir. İddialar görə, Çinin Şanxay şəhərindən başlayan qlobal internet xətti İrandan keçdiyi üçün fasilələr ola, habelə ümumiyətlə kəsilə bilər.
Bu iddialar nə dərəcədə əsaslıdır?
Azərbaycan İnformasiya və Kommunikasiya Texnologiyaları Sənayesi Assosiasiyasının İdarə Heyətinin sədri Elvin Abbasov "Yeni Sabah"a bildirib ki, "Azərbaycana 3 internet magistral girişi var:
"İran ərazisindən keçən internet xətti yeganə olmadığı üçün heç bir kəsinti ola bilməz. Əgər hər hansı bir xətt zərər görsə, digər xətlər zədələnən xəttin yerinə tutub fəaliyyətini davam etdirəcək. Hazırda güc 3 yerə bölünüb, hər hansı bir xətdə problem olsa, güc 2-yə bölünüb problemsiz bir şəkildə işləməyə davam edəcək.
İnternetə heç bir təhlükə görünmür. Ümumiyyətlə, dünyada heç bir ölkədə öz iradəsi ilə dayandırmadığı müddətcə internet kəsintisi mümkün deyil. Çünki internet texnologiyaları heç bir ölkəyə yalnız bir magistraldan verilmir. O, dəniz yolu ilə, fiberoptik kabellərlə bir çox ölkədən bir-birinə magistral formasında ötürülür. Nəticədə, Azərbaycanda İrana görə internet problemi olmayacaq".
Rəvan Rzazadə
Telegram kanalımız