İyunun 13-dən 14-nə keçən gecə yeni format əsasında növbəti klublarası dünya çempionatı start götürdü.
"Football-plus.az" xəbər verir ki, böyük maraq doğuran oyunlar da var, faktiki boş tribunalar önündə keçirilənlər də.
A qrupunda ilk turun hər iki oyunu heç-heçə bitdi. Düzdü, “Əl-Əhli” ilə “İnter”in bir-birinin qapısına yol tapa bilməməsi oyunun axarını əks etdirmir. Oyun parlaq epizodlar və təhlükəli vəziyyətlər ilə zəngin idi. Azarkeşlər iki tam fərqli hissə izlədi. İlk yarıda misirlilər MLS təmsilçisindən aşkar üstün göründü. Aşur, İbrahim və Dari hesabı açmağa yaxın olsa da, Ustari hər dəfə komandasını qoldan xilas etdi. Fasiləyə az qalmış argentinalı veteran Trezeqenin penaltisini də qaytardı.
2-ci hissədə oyunun axarı dəyişdi. Xavyer Maşçeranonun çalışdırdığı komanda, nəhayət, rəqibə uyğunlaşdı və müdafiəni yarmaq yolunda cəhdlərə əl atdı. İlk yarı Ustarinin benefisinə çevrilmişdisə, ikincidə “Əl-Əhli”nin qapıçısı Əl-Şenavi ustalığını göstərdi. Oyunun axarını nəzərə alsaq, heç-heçəni qanunauyğun nəticə saymaq olar. Sadəcə, qolsuz yox, məhsuldar heç-heçə qeydə alınmalıydı.
Məntiqlə bu heç-heçə qrupun digər komandalarının – “Palmeyras”la “Portu”nun əlinə oynamalıydı. Ancaq onlar da eyni nəticə ilə kifayətləndi. Bu oyun braziliyalıların üstünlüyü şəraitində keçsə də, portəgizlərin ehtiyat qapıçısı Ramuş (əsas qapıçı Dioqo Kosta zədəlidi) qeyri-adi seyvlərlə hesabına açılmasına imkan vermədi.
2-ci turun “Palmeyras” – “Əl-Əhli” oyunu nəticədən daha çox təbiət hadisəsi ilə yadda qaldı. Qasırğa təhlükəsinə görə 63-cü dəqiqədə dayandırılan oyun bir də 40 dəqiqədən sonra bərpa olundu. Buna qədər artıq iki qol vuran braziliyalılar qələbə hesabını qorumaqda çətinlik çəkmədi.
“Şir həmişə şirdi, mənim qardaşım”... “İnter Mayami” – “Portu” oyununun 2-ci hissəsində Messinin qolunu görəndən sonra bu məşhur meyxananı xatırlamamaq olmur. İlk yarı “Portu”nun aşkar üstünlüyü şəraitində keçdi. Portuqaliyalılar bir yox, bir neçə qol vura bilərdi. Ancaq fasilədən sonra hər şey dəyişdi. “Əjdahalar” “yuxuya getdi”, bütün aspektlərdə “artıran” amerikalılar ardıcıl iki qol vurdu. Messinin cərimə zərbəsindən vurduğu qolu görməyə dəyərdi. Bundan sonra təşəbbüsü tam ələ alan “İnter Mayami” turnirdə ilk qələbəsini qazandı.
A qrupu
1-ci tur
Əl-Əhli – İnter Mayami 0:0
Əl-Əhli (Qahirə, Misir): Əl-Şenavi, Koka, Dari, İbrahim, Hani, Ateya, Ben-Romdan (Əl-Şahat, 65), Fəthi, Trezeqe (Məhəmməd, 65), Aşur (Zizo, 14/Afşa, 79), Əbu Əli (Qradişar, 79).
İnter Mayami (ABŞ): Ustari, Allen, Falkon, Aviles (Veyqandt, 46), Frey,Redondo, Buskets, Seqoviya (Kremaşi, 73), Messi, Alyende (Piko, 81), Suares.
Trezeqe 43-cü dəqiqədə penaltidən yararlana bilməyib (qapıçı).
Vərəqələr: Aviles, 25. Redondo, 31. Buskets, 86. Attiya, 90+2. Suares, 90+5 – sarı.
Hakim: Əlireza Feqani (İran).
14 iyun. Mayami. 60927 tamaşaçı.
Palmeyras – Portu 0:0
Palmeyras (San Paulu, Braziliya): Veverton, Murilo, Qomes, Giay, Pikeres, Moreno, Rios (Yevangelista, 87), F.Anderson (Paulinyo, 65), Maurisio (Veyqa, 65), Estevan (Allan, 65), Roke (Lopes, 77).
Portu (Portuqaliya): Ramuş, Markano, Ze Pedro, Fernandeş, Moura, Veyqa (Pepe, 67), Varela (T.Peres, 82), J.Mario (N.Peres, 77), Mora (Euştakio, 77), Vieyra (Franko, 82), Omorodion.
Vərəqələr: F.Anderson, 10. Fernandeş, 15. Qomes, 62. Ferreyra, 63 (meydandan kənarda). N.Peres, 90+1 – sarı.
Hakim: Said Martines (Honduras).
15 iyun. Nyu Cersi. 46275 tamaşaçı.
2-ci tur
Palmeyras - Əl-Əhli 2:0 (0:0)
Palmeyras (San Paulu, Braziliya): Veverton, Murilo, Qomes, Giay, Pikeres, Moreno (Martines, 67), Rios, Torres (Vanderlan, 76), Veyqa (Maurisio, 46), Roke (Lopes, 46), Estevan (Paulinyo, 76).
Əl-Əhli (Qahirə, Misir): Əl-Şenavi, Attyat-Allah (Əl-Şahat, 87), Dari (Ramadan, 62), İbrahim, Hani, Ateya, Ben-Romdan, Trezeqe (Qradişar, 62), Fəthi (Afşa, 62), Sayed, Əbu Əli (Benşarki, 62).
Qollar: Əbu Əli, 49-öz qapısına (1:0). Lopes, 59 (2:0).
Vərəqələr: Veyqa, 37. Fəthi, 42. Giay, 43. Attyat-Allah, 45. Pikeres, 75. Ateya, 79. Rios, 90+6 – sarı.
Hakim: Entoni Teylor (İngiltərə).
19 iyun. Nyu Cersi. 35179 tamaşaçı.
İnter Mayami – Portu 2:1 (0:1)
İnter Mayami (ABŞ): Ustari, Allen, Falkon, Frey (Alba, 79), Veyqandt (Aviles, 62), Seqoviya (Redondo, 71), Buskets, Kremaşi, Alyende (Piko, 79), Suares, Messi.
Portu (Portuqaliya): Ramuş, Markano (Otavio, 87), Ze Pedro, Fernandeş (Euştakio, 59), Moura (Gül, 87), Veyqa (Borjeş, 59), Varela (Qomes, 74), J.Mario, Mora, Omorodion, Vieyra.
Qollar: Omorodion, 8-p. (0:1). Seqoviya, 47 (1:1). Messi, 54 (2:1).
Vərəqə: yoxdu.
Hakim: Kristian Qaray (Çili).
19 iyun. Atlanta. 31783 tamaşaçı.
1. Palmeyras 2 1 1 0 2-0 4
2. İnter Mayami 2 1 1 0 2-1 4
3. Portu 2 0 1 1 1-2 1
4. Əl-Əhli 2 0 1 1 0-2 1
Növbəti turun oyunları iyunun 23-də keçiriləcək: İnter Mayami – Palmeyras, Portu - Əl-Əhli.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta